Bakıya daha bir yeni metro qatarı gətirilib

Bakıya Rusiyadan daha bir yeni metro qatarı gətirilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev-in Trend-ə verdiyi məlumata görə, “Bakı Metropoliteni” QSC Rusiyanın “Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair imzalanan müqaviləyə görə artıq ikinci qatar da Azərbaycana gətirilib:
"Hazırda Rusiyadan gələn və yerli mütəxəssislər tərəfindən qatarın istifadəyə verilməsi prosesi gedir. Avadanlıqlar quraşdırılacaq, sazlanma işləri aparılacaq, daha sonra sınaqlar həyata keçiriləcək. Yalnız bundan sonra qatar xəttə buraxılacaq".
İlk qatarın aprelin 21-dən xəttə buraxıldığını deyən N.Paşayevin sözlərinə görə, yeni qatarların hər biri 5 vaqondan ibarətdir: "Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarlarda havalandırma və kondisioner sistemi var. Qatarda vaqonlararası keçidlər mövcuddur. Vaqonlarda qapıların enli olması da sərnişinlərin daha rahat düşüb-minməsi üçün şərait yaradır.
Qatarlarda mövcud olan ultrabənövşəyi işıqlar vasitəsilə hava bioloji olaraq tənzimlənir. Bu qatar bütün texnoloji avadanlıqlar baxımından ən son nəsilə aid qatardır.
Əsas yeniliklərdən biri isə vaqonların hər birində 16 ədəd olmaqla qatarda 80 ədəd USB portların mövcudluğudur. Bundan əlavə hər vaqonda fiziki məhdudiyyətli insanlar üçün oturacaqlar və əlil arabalarının dayanması üçün yerlər var. Qatar, həmçinin sərnişin tutumuna görə də digər qatarlardan üstündür, onun istismar müddəti 31 ildir".
Qeyd edək ki, yeni qatarların alınması ilə bağlı müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












