Bakıya gətirilən yeni qatar - FOTO

Bakı Metropoliteni QSC yeni gətirilən 5 vaqonlu sərnişin qatarının təqdimat mərasimi keçirib. Avtosfer.az xəbər verir ki, təqdimat mərasimində jurnalistlərə açıqlama verən qurumun mətbuat katibi Nəsimi Paşayev qatarın son texnologiyalarla təmin edildiyini və 31 il istifadə edilməsinin nəzərdə tutulduğunu bildirib: “Bu ilin fevralında Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə 2 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Artıq qatarın biri Bakıya gətirilib. Növbəti qatar isə mayda gətiriləcək. Qatarın vaqonları arasında keçid mövcuddur. Havalandırma sisteminə, oturacaqlarına və qapılarının enli olmasına görə əvvəlki qatarlardan fərqlənir. Qatardakı ultrabənövşəyi işıqlarla havanın təmizlənməsi mümkündür. Qatardakı manitorlarda sərnişinlər üçün məlumatlar göstəriləcək. Yeni qatarların hər bir vaqonunda 16 USB portu olmaqla, ümumilikdə 80 port var. Sərnişinlər rahatlıqla telefonlarını enerjiyə qoşa biləcəklər. Yeni qatarın sərnişin tutumu da digərlərinə nisbətən çoxdur. Həmçinin bu qatarlarda əlillər və yükləri olan şəxslər üçün də xüsusi yer ayrılıb”. Nəsimi Paşayev sonda onu qeyd edib ki, Metropoliten “Bənövşəyi xətt”in B3 adlanan stansiyasında, eləcə də “Dərnəgül” elektrik deposunda tikinti işlərini sürətləndirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















