Beyləqanda 22 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur – FOTO + VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Beyləqan rayonu ərazisində Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən 39.4 km-lik avtomobil yolu IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, Beyləqan rayonunun bir neçə yaşayış məntəqəsini birləşdirən sözügedən avtomobil yolu uzun müddət istismar nəticəsində deformasiyaya uğramış, yol örtüyü dağılmış, çox sayda çalalar və çökmələr əmələ gəlmişdi. Bu üzdən yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi.
Tikinti layihəsinə uyğun olaraq 6 min kubmetr həcmdə yararsız örtüyün və yol geyiminin, həmçinin torpaq yatağının 79 min kubmetr həcmdə yararsız hissəsi qazılaraq çıxarılıb. Daha sonra karxana çınqılı materialından 108 min kubmetr həcmdə torpaq yatağının bərpası və qazılmış hissələrin doldurulması işləri aparılıb. Torpaq işləri aparılan hissələr avtoqreyderlə profilə salınıb və kipləşdirilib.
Mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığından müxtəlif diametrlərdə 93 ədəd 1028 paqon-metr uzunluğunda yeni metal və dəmir-beton boruların quraşdırılaraq başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb.
Texnoloji ardıcıllığa uyğun olaraq 425 min kv.m sahədə yeni yol əsasınin inşası işlərinə başlanlıb. Qum-qırmadaş qarışığından 30 sm hündürlükdə əsasın alt layının tikintisi aparılaraq yekunlaşdırılıb. Hazırda optimal çınqıl qarışığından istifadı edilməklə 15 sm hündürlükdə əsasın alt layının tikintisi aparılır.
Yol əsası hazır olan hissələrin isə paralel olaraq asfaltlanması işləri də görülür. Belə ki, 235 min kv.m sahədə 12 sm hündürlükdə iri və xırda dənəli asfalt beton qarışığından istifadə olunmaqla örtüyün alt və üst layı inşa edilir.
Layihəyə uyğun olaraq 11 min kv.m sahədə yol birləşmələrinin təmiri, v54 kub.m həcmdə səkilərin yararsız hala düşmüş hissələrinin bərpası, b148 kv.m körpülərin sıradan çıxmış məhəccərlərinin yenilənməsi işləri də görülür.
Asfaltlanma işləri bitən kimi yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin etmək məqsədilə 170 ədəd yol nişanlarının, 8 ədəd avtobus dayanacağının, 40 ədəd km göstəricisinin və 1520 ədəd siqnal dirəklərinin quraşdırılması nəzərdə tutulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında 22 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edən Kəbirli-Eyvazallar-Birinci Aşıqlı-Əlinəzərli marşrutu üzrə yolların yenidən qurulması işlərinin payız aylarında yekunlaşdırılması nəzərdə tutulub.
Namiq
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR

















