Beyləqanda yol infrastrukturu yenilənir - FOTOLAR

Ölkə başçısı Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Beyləqan rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən rayon infrastrukturunun yenilənməsi, küçə və yol şəbəkəsinin müasir tələblərə uyğunlaşdırılması və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu tədbirlər mərhələli və sistemli xarakter daşıyır.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə Beyləqan şəhəri şəhid Əlizamin Mustafalının adını daşıyan küçədə yeni asfalt örtüyü çəkilərək sakinlərin istifadəsinə verilib. İcra olunan işlər nəticəsində küçənin yol örtüyü əsaslı şəkildə yenilənib, nəqliyyatın hərəkəti və piyadaların təhlükəsizliyi üçün daha əlverişli şərait yaradılıb.
Qeyd edək ki, sözügedən küçədə yaxın günlərdə yeni səki də salınaraq sakinlərin istifadəsinə verilmişdi. Ardıcıl şəkildə həyata keçirilən abadlıq və yenidənqurma tədbirləri Beyləqan rayonunda rahat və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib.







Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












