Bəzi dayanacaqlara görə avtobuslar yolun ortasında dayanmalı olur; həll yolu nədir? - FOTO

Bakı şəhərində bəzi küçələrdə avtobus dayanacaqlarının təşkili ilə bağlı ciddi infrastruktur problemi mövcuddur.
Avtosfer.az xəbər verir ki, səkinin dar olması və ya ağac, kommunikasiya xətləri kimi maneələr səbəbindən pavilyon quraşdırmaq mümkün olmur. Nəticədə sərnişinlər avtobusu birbaşa yolun hərəkət hissəsində gözləməli olurlar ki, bu da təhlükəsizlik baxımından risk yaradır.
Mütəxəssislər bildirirlər ki, bu problemin effektiv həlli “anti-cib” adlandırılan platforma tipli dayanacaqlardır. Anti-cib (beynəlxalq praktikada “bus boarder” və ya “curb extension” kimi tanınır) yolun kənarına doğru kiçik çıxıntı formasında platformanın inşa edilməsini nəzərdə tutur. Bu zaman avtobus yolun hərəkət zolağından kənara çəkilmir, sərnişinlər isə səki səviyyəsində təhlükəsiz şəkildə minib-düşə bilirlər.
Qeyd olunur ki, belə platformalar bir neçə üstünlük yaradır. İlk növbədə, sərnişinlərin yolun içində gözləməsinin qarşısı alınır və təhlükəsizlik təmin olunur. Eyni zamanda avtobus dayanacaq “cibinə” daxil olub-çıxmaq üçün əlavə manevr etmədiyindən vaxt itkisi azalır, ictimai nəqliyyatın hərəkət sürəti və qrafik dəqiqliyi artır.
Artıq dünyanın bir çox şəhərlərində, o cümlədən post-sovet məkanında yerləşən iri şəhərlərdə bu təcrübənin tətbiqinə başlanılıb. Şəhərsalma üzrə mütəxəssislər hesab edirlər ki, müasir və rahat ictimai nəqliyyat sistemi yalnız yeni avtobusların alınması ilə deyil, məhz belə infrastruktur detalları ilə formalaşır.
Bəzi hallarda “anti-cib”lərin yolun daralmasına səbəb ola biləcəyi iddia edilir. Lakin paytaxtın bəzi küçələrində, o cümlədən Xocalı prospektində yolun sağ hissəsi faktiki olaraq parklanma üçün istifadə olunur və intensiv hərəkət müşahidə edilmir. Bu baxımdan qeyd olunur ki, belə ərazilərdə anti-cib həlli həm təhlükəsizlik, həm də səmərəlilik baxımından daha məqsədəuyğun ola bilər.
Eltac Zülfüqaroğlu



Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!










