“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO

“Spec-Taxi” və “Spec-Leasing” tərəfindən yaradılmış yeni mobillik “fintech” platforması “Leops” Azərbaycanda taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinq modelini genişləndirmək məqsədilə 8.3 milyon AZN həcmində investisiya cəlb etdiyini elan edib.
Bu barədə Avtosfer.az-ın sosial şəbəkə hesablarında nəqliyyat eksperti Elməddin Muradlı məlumat verib. O bildirib ki, cəlb edilən investisiya ölkədə taksi fəaliyyətinə geniş imkanlar yaradacaq:

“Bu investisiya ölkənin aparıcı sərnişindaşıma platforması “Bolt” tərəfindən dəstəklənir və Azərbaycanın nüfuzlu maliyyə qurumlarından biri olan “Kapital Bank” tərəfindən maliyyələşdirilir.
2018-ci ildə təsis edilən “Spec-Taxi” Azərbaycanda rəsmi lisenziya əsasında fəaliyyət göstərən ilk və ən böyük taksi şirkəti olub və bu sahədə hüquqi və strukturlaşdırılmış xidmətlərə yol açıb. “Leops” platforması ilə şirkət artıq “fintech” sahəsinə daxil olaraq, sürücülərə həftəlik qazanc əsasında avtomobil icarəsi və mülkiyyətə keçid imkanı təqdim edir.
“Bu layihə təkcə mobilliklə bağlı deyil – biz burada sürücülər üçün əvəzsiz fürsətlər təklif edirik,” – deyə “Leops”un təsisçisi və baş direktoru Haşim Əliyev bildirib. “Sürücülərə müasir avtomobilləri qazanca əsaslanaraq əldə etmək imkanı veririk.”
Bu təşəbbüs, Azərbaycan taksi parkını yeniləmək üzrə qəbul olunmuş qanunvericilik aktların və hibrid, eləcə də elektrik avtomobillərə keçidi təşviq etmək siyasətinin məntiqi davamı kimi özəl sektorda öz əksini tapmsıdır. “Leops” bu keçidi sürətləndirmək üçün əhəmiyyətli bir rol oynayacaq.
Leops platformasının əsas üstünlükləri:
- sürücülərin real gəlirinə əsaslanan lizinq modeli;
- rəqəmsal tətbiq ilə avtomobilin idarə olunması, ödənişlərin izlənməsi və sürücü qeydiyyatı;
- avtoparkın genişləndirilməsində ekoloji cəhətdən təmiz – hibrid və elektrik avtomobillərə üstünlük.
Cəlb olunan bu kapital sayəsində “Leops” Bakı və regionlarda fəaliyyətini genişləndirəcək, yüzlərlə yeni sürücünü platformaya qoşacaq və “Bolt” ekosisteminə daha dərindən inteqrasiya olunacaq. Bu isə tam rəqəmsal, hüquqi tələblərə uyğun və sürücü yönümlü bir təcrübə təqdim edəcək.
“Leops” – “Spec-Taxi” və “Spec-Leasing” tərəfindən yaradılmış mobillik fintech platformasıdır. “Spec-Taxi” 2018-ci ildə yaradılıb və Azərbaycanda ilk lisenziyalı taksi şirkəti kimi fəaliyyətə başlayıb. Bu gün isə şirkət texnologiya, çevik maliyyə həlləri və hüquqi və ekoloji standartlara sadiqliyi ilə sərnişindaşıma sahəsində transformasiyaya liderlik edir.
“Bolt” dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən qlobal mobillik platformasıdır və istifadəçiləri vahid tətbiq vasitəsilə geniş xidmətlər spektri ilə birləşdirir. “Bolt” taksi şirkəti deyil, müstəqil sürücüləri, kuryerləri, biznesləri və istifadəçiləri bir araya gətirən texnologiya yönümlü platformadır. Sərnişindaşıma, yemək çatdırılması, mikromobillik və korporativ mobillik həlləri vasitəsilə Bolt rəqəmsal alətlər, çeviklik və təhlükəsizlik, səmərəlilik və dayanıqlı şəhər inkişafına güclü fokusla şəhər nəqliyyatını təkmilləşdirməyi hədəfləyir”.
Səfər
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










