Böyük Şor gölü üzərindən çəkilən yolun tikintisi yekunlaşır - VİDEO

Böyük Şor gölü üzərindən çəkilən yeni yolun tikintisi davam etdirilir. Paytaxtın iki əsas yolunu-Ziya Bünyadov prospekti ilə Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunu birləşdirən yeni yolda işlərin böyük hissəsi artıq yekunlaşıb. 2.7 km uzunluğa malik olacaq yeni avtomobil yolu Böyük Şor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçir. Yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa olunur. İki gediş, iki gəlişli olmaqla, yeni yol 4 hərəkət zolağından ibarətdir. Böyük Şor gölünün üzərində çəkilən və uzunluğu 1600 metrə yaxın olan bəndin də artıq üzəri asfaltlanıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkilən yeni yolun əvvəlində və sonunda iki tunel də inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli bildirdi ki, tikinti zamanı layihəyə düşən hərbi, fərdi yaşayış və biznes obyektləri sökülüb. Yol tam istifadəyə verildikdən sonra günün pik saatlarında Ziya Bünyadov prospektində və Heydər Əliyev prospektinin "Koroğlu" metrostansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı əhəmiyyətli dərəcədə azalacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












