Bu aparat hər kəsə pul qazandıracaq - VİDEO

Ölkəmizə plastik butulkalardan daha səmərəli istifadə etməyə imkan verən yeni aparatlar gətirilib. Fandomat adlanan bu qurğu vasitəsilə tullantı qabların qarşılığında pul qazanmaq mümkün olacaq. Qafqazda da bir ilk olan bu aparatların ilkin olaraq Bakıda quraşdırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, Azərbaycana bir çox insana pul qazandıracaq aparatlar gətirilib. Artıq zibil hesab etdiyimiz plastik və dəmir butulkaları da gəlirə çevirmək mümkün olacaq.
Avropa ölkələrində geniş yayılan və ekoloji təmizliyin qorunmasında mühüm rol oynayan fandomat aparatlarını tezliklə Bakı küçələrində görə biləcəyik.
Gətirilən aparatların insanların sıx olduğu yerlərdə quraşdırılması nəzərdə tutulur.
İlkin mərhələdə aparata atılan plastik və ya dəmir qabın qarşılığında verilən pulu 3 məqsədlə istifadə etmək nəzərdə tutulubsa, gələcəkdə seçimlər daha da artacaq. Tullantı qablara görə ödəniləcək məbləğ də artıq müəyyənləşib.
Aparılan bazar araşdırmasına görə, ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir ki, bu da 16 milyon manatlıq dövriyyə deməkdir. Hazırda yeni aparatların proqramlaşdırma işləri aparılır. Tezliklə şəhərin ən sıx yerlərində fandomatlardan yararlanmaq mümkün olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












