Bu ölkədə benzin 3 dəfə bahalaşıb 7,5 qəpik olacaq – YENİ QƏRAR

İran hökuməti uzun müddətdən bəri müzakirə olunan yanacaq qiymətləri ilə bağlı yeni qərarını açıqlayıb.
Avtosfer.az biznes və maliyyə xəbərləri portalı xarici mətbuata istinadən xəbər verir ki, İran Nazirlər Kabinetinin qərarı ilə benzinin indiki qiymətlərə əlavə olaraq yeni maksimum qiyməti müəyyən edilib. Yeni qərara əsasən benzinin yeni maksimal qiyməti 1 litr üçün 50 min riel və ya 0,044 sent (dolların qara bazardakı məzənnəsinə əsasən) təşkil edir. Məlumat üçün bildirək ki, bu məbləğ – Azərbaycan manatı ilə təxminən 7,5 qəpik deməkdir
Yeni qərardan sonra İranda benzinin 3 fərqli qiyməti formalaşıb.
Belə ki, qaydaya görə, ayda ilk 60 litr benzin alanlar üçün qiymət 1 litr üçün 15 min rial və ya 0,013 dollar (2,2 qəpik) təşkil edir. Ay ərzində bundan artıq alınan 100 litr benzin üçün qiymət 1 litrə 30 min rial və ya 0,026 dollar (4.5 qəpik) təşkil edəcək. Ay ərzində bundan artıq benzin alanlar üçün isə benzinin maksimum qiyməti tətbiq ediləcək, yəni 50 min rial və ya 0,05 dollar (7,5 qəpik).
Bundan başqa, hökumətin yeni qərarına görə, dövlət müəssisələrinə məxsus olan avtomobillər, xarici avıtomobillər və yeni alınmış avtomobillərə subsidiya tətbiq edilməyəcək, yəni onlar benzini «ən bahalı» qiymətlə, yəni litri 50 min rial və ya 0,045 dollara almalı olacaqlar.
Qeyd edək ki, İranda benzinin bahalaşması yanacaq qaçaqmalçılığına qarşı mübarizə fonunda baş verir. Məsələ bundadır ki, İranda benzinin belə ucuz olması bu ölkədən benzin qaçaqmalçılığına səbəb olub. Bəzi qruplar İrandan benzini ucuz alıb qonşu ölkələrdə, o cümlədən Azərbaycanda baha qiymətə satırlar. Təqribi hesablamalara əsasən hər gün İrandan qaçaqmalçılıq yolu ilə 30 milyon litrdən çox benzin və dizel xaricə daşınır. İran hökuməti bu prosedən illə milyardlarla dollar itirir.
Qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək üçün İran hökuməti bu işlə məşğul olanlara sərt cəzalar tətbiq edib. Belə ki, sonuncu dəfə aşkar edilən qaçaqmalçılara rekord məbləğdə – 110 trilyon rial və ya 100 milyon dollar cərimə kəsilib.
Hökumətin yeni qərarına görə, benzinin qiymətinə hər 3 aydan bir baxılacaq. Hökumət bunu neft ayırma zavodlarındakı qiymətlərlə tutuşduracaq və ehtiyac olarsa qiymətləri yenidən dəyişəcək. Qeyd edək ki, benzinin yeni qiyməti (1 litr üçün 50 min rial) İran hökumətinin idxala çəkdiyiq xərcin cəmi 10%-i edir, qiymətin qalan 90%-ni hökumət subsidiya edir./fed.az
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO












