Bu sürücülərin taleyi həkimin əlindədir; mənfi rəy vəsiqədən məhrum edəcək

Yaşlı sürücülərin sükan arxasında olması ilə bağlı müzakirələr uzun illərdir davam edir. Xüsusilə yol-nəqliyyat hadisələrindən sonra sürücünün yaşı ictimaiyyət arasında geniş müzakirə olunur və bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir çox insanlar hesab edir ki, müəyyən yaş həddindən sonra vətəndaşın avtomobil idarə etməsinə icazə verilməməlidir. Digərləri isə düşünür ki, əsas məsələ yaş deyil, sürücünün fiziki və psixoloji vəziyyətidir. Dünyanın bir çox ölkəsində yaşlı sürücülərlə bağlı xüsusi qaydalar tətbiq olunsa da, Azərbaycanda bu məsələ qanunvericiliklə fərqli şəkildə tənzimlənir. Bəs Azərbaycanda müəyyən yaşdan sonra sürücülük hüququ ləğv olunur?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda sürücülər yaşa görə avtomatik şəkildə sürücülük hüququndan məhrum edilmir:

"Bununla bağlı nəqliyyat eksperti qanunvericilikdə yalnız avtobus sürücüləri ilə bağlı xüsusi məhdudiyyət nəzərdə tutulub.
65 yaşdan sonra şəxs artıq avtobus sürücüsü kimi fəaliyyət göstərə bilmir. Bu halda sürücülük hüququ tam ləğv olunmur, sadəcə D kateqoriyası qüvvədən düşür və həmin kateqoriya üzrə nəqliyyat vasitələrini idarə etmək mümkün olmur".
Elməddin Muradlı qeyd edib ki, B kateqoriyası üzrə, yəni minik avtomobillərinin idarə edilməsinə icazə verilir:
"Vətəndaş 70 yaşına qədər avtomobili normal qaydada idarə edə bilər. 70 yaşdan sonra isə sürücünün mütəmadi tibbi müayinədən keçməsi tələb olunur.
Şəxsin sağlamlıq vəziyyəti sürücülük üçün uyğun olduğu müddətdə onun sürücülük hüququ ömrünün sonuna qədər qüvvədə qala bilər.
Əgər sürücünün sağlamlıq vəziyyəti imkan verirsə, onun avtomobil idarə etməsinə məhdudiyyət tətbiq edilmir. Lakin görmə zəifliyi, şəkər xəstəliyi, ürək-damar problemləri, yüksək qan təzyiqi və digər ciddi xəstəliklər olduqda tibbi arayışın verilməsi böyük məsuliyyət yaradır. Çünki sükan arxasında qəfil yaranan problem həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yarada bilər”.
Ekspert əlavə edib ki, məhz bu səbəbdən 65 yaşdan sonra D kateqoriyası ləğv olunur:
"Digər kateqoriyalar üzrə isə şəxsin sağlamlıq vəziyyəti uyğun olduğu halda nəqliyyat vasitəsini idarə etməsinə icazə verilir".
Eltac Züıfüqaroğlu
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR










