Cəbrayıl rayon sakini texnika düzəldib - VİDEO

Biləsuvarda Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınan qəsəbədə məskunlaşan Elməddin Şahverdiyev düzəltdiyi yeni texnikadan həm minik vasitəsi kimi, həm də kiçik kənd təsərrüfatı işlərinin görülməsində istifadə edir. Avtosfer.az xəbər verir ki, mini texnika motosiklet, avtomobil və su nasoslarının ehtiyat hissələri əsasında ərsəyə gətirilib.
Maşın saatda 35 km sürətlə hərəkət etmə gücünə malikdir. Bir pilləli, iki istiqamətli sürət qutusundan ibarət texnika keçilməz yollarda da asanlıqla hərəkət edə bilir. Elə bu üstünlüyünə görə ondan daha çox sahələrə yüklərin daşınmasında istifadə olunur. Benzinlə çalışan avtomobil 100 km-ə 5 litrə yaxın yanacaq sərf edir. Avtomobilə onun sahibi "E-X4" adını verib.
Orta ixtisas təhsilli texnik olan Elməddin Şahverdiyev deyir ki, dəfələrlə avtomobili ondan 1000 manata almaq istəyənlər olsa da, o satmayıb. Hazırda isə o, bu texnikanı təkmilləşdirmək üzərində işləyir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












