“Cəfər Cabbarlı” quru yük gəmisi istismara qaytarıldı - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.
QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bir ilə yaxındır aparılan təmir zamanı xeyli iş görülüb. Belə ki, 3850 ton yükgötürmə qabiliyyətinə malik gəminin gövdəsində, göyərtələrində, yük anbarlarında və sair sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, bu məqsədlə bütövlükdə 350 ton metal işlədilib. Kayutlar müasir tələblər səviyyəsində təmir olunaraq yeni avadanlıq və mebellə təchiz edilib.
Gəminin baş və köməkçi mühərrikləri, əsas və yardımçı sükan qurğuları, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.
Bundan başqa, gəminin bütün maşın və mexanizmlərinə baxış keçirilib, anbarları modernizasiya edilib, ikinci gövdə qatı tikilib.
Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib, əksər boru sistemləri dəyişdirilib.
Təmirdən sonra gəmi dəniz sınağından keçirilib. Sınaq uğurla başa çatıb və gəmi istismara qaytarılıb.
Xatırladaq ki, “Cəfər Cabbarlı” quru yük gəmisinin uzunluğu 123.50, eni 15 metr, maksimal sürəti 11.7 uzeldir.
Namiq
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
















