Daha bir magistralın yenidən qurulması yekunlaşır - FOTO + VİDEO

Respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun (R18) qalan 112 km-lik Qarağacı-Bəhramtəpə hissəsinin (km 26-138) yenidən qurulması yekunlaşmaq üzrədir.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Yolun 42.5-154.5 km-lik hissəsində isə hazırda işlər sürətlə davam etdirilərək yekunlaşdırılır. Bu hissədə yol 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yol yatağının eni isə 12 metr təşkil edir.
Ümumilikdə asfalt-beton örtük isə 27 sm təşkil edəcək.
Layihəyə uyğun olaraq respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Qarağacı-Bəhramtəpə hissəsində yolun altından suların ötürülməsi üçün ümumi uzunluğu 5155 paqon-metr olan 224 ədəd dairəvi suötürücü borunun quraşdırılması və 27 yerdə 629 paqon-metr uzunluğunda düzbucaqlı su keçidinin inşası aparılaraq yekunlaşdırılıb. Bundan başqa, yolun altından keçidi təmin etmək məqsədi ilə ümumi uzunluğu 278 paqon-metr 17 ədəd alt keçidin inşası aparılıb.
Yol boyu 3 ədəd yeni körpünün inşası da yekunlaşmaq üzrədir.
Layihə çərçivəsində yol boyu daş-dolğu işləri və torpaq yatağının inşası işləri tam olaraq yekunlaşdırılıb. Hazırda əsasən qum-çınqıl qarışığından alt və optimal-qırmadaş qarışığından üst layının tikintisi işləri aparılır ki, bu işlər də sonuncu mərhələdədir. Əsasın hazır olan hissələrində isə asfaltlanma işləri görülür. Bitumlu əsas və əlaqələndirici asfalt layları olmaqla yol boyu yeni asfalt-beton örtüyü döşənir. Bu işlərin tərəqqisi 88 faiz, həcmi isə 200 min kub.m təşkil edir. Bunun ardınca isə asfalt-beton örtüyünün 3-cü aşınma layının döşənməsi işlərinə başlanılacaq.
Faktiki olaraq Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Qarağacı-Bəhramtəpə hissəsində aparılan tikinti işlərinin tərəqqisi 85 faiz təşkil edir.
Qeyd edək ki, bundan öncə, yolun Mingəçevir şəhəri-Mingəçevir stansiyası arasında olan 16.5 km-lik və 26 km-lik Aran-Qarağacı hissəsiləri yüksək səviyyədə qurularaq prezident İlham Əliyevin iştirakı vətəndaşların istifadəsinə verilib.
Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Namiq
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO



















