Deputat öz yerini qızına verdi

Milli Məclisin deputatı Günay Ağamalı vaxtilə ona məxsus olan “Buta” körpələr evi-uşaq bağçasının qanuni təmsilçisini dəyişib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili bu vəzifəni qızı Nigar Həsənovaya təhvil verib. Bu barədə məlumat Dövlət Vergi Xidmətinin portalında da yenilənib.
Xatırladaq ki, ötən ilin noyabrında “TikTok”da deputatın qızı olduğu iddia edilən Nigar Həsənovanın boynundan xaç asaraq rəqs etdiyi görüntülər yayılmışdı. Daha sonra deputat məsələ ilə bağlı açıqlama yayaraq bildirmişdi ki, videodakı şəxsin qızına bənzərliyi olsa da, onun övladı deyil.
Qeyd edək ki, bir neçə il əvvəl G.Ağamalıya məxsus olan “Buta” körpələr evində uşağın döyülməsi ilə bağlı məlumatlar yayılmışdı. Rəsmi araşdırmalardan sonra azyaşlının döyülməsi haqda iddialar öz təsdiqini tapmamışdı.
Bağçada təmsilçinin dəyişməsi ilə bağlı ilk məlumatı İqtisadiyyat.az yayıb.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












