DİN-nin “Twitter” və “Youtube” səhifələri fəaliyyətə başlayıb

İctimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi, polis-vətəndaş və polis-media münasibətlərinin daha da yaxşılaşdırılması məqsədilə 2018-ci il avqustun 22-dən Daxili İşlər Nazirliyinin rəsmi “Twitter” (https://twitter.com/MIAAzerbaijan) və “Youtube”(https://www.youtube.com/channel/UCnOFln-vwFvkLMCMGyg2j-w) səhifələri fəaliyyətə başlayıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, səhifələrimizdə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlər öz əksini tapır. Yeni yaradılan səhifələrdə daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşlər və digər mövzularda müxtəlif səpkili materiallarla da tanış ola bilərsiniz. Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, real əsası olmayan, cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi güdən informasiyaların mənfi təsirini, müxtəlif maraqlı qüvvələrin ölkəmizdə sabitliyin, əmin-amanlığın pozulmasına yönəlmiş dezinformasiyalar yaymaq cəhdlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir. Artıq “Youtube” kanalından istifadə etməklə siz daxili işlər orqanlarının gündəlik fəaliyyətinin nəticələrinə dair videosüjetləri izləmək, “Twitter” səhifəsində isə ən müxtəlif xəbərlərin, hadisələrin və tədbirlərin qısa anonslarını ilk mənbədən tanış olmaq imkanı əldə edəcəksiniz.
Namiq
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












