Dünyanın ən uzun ikimərtəbəli asma körpüsü inşa olunur - FOTO

Çinin Uxan şəhərində dünyanın ən uzun ikimərtəbəli asma körpüsü inşa olunur. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Uxan şəhərində, Yantzı çayının üzərində tikilən körpünün əsas hissəsinin uzunluğu 1700 metr olacaq. Körpünün əsas hissəsi hər biri 36 metr uzunluğunda, 32,5 metr enində olan 49 polad paneldən ibarətdir. Hər panelin ağırlığı təxminən min tondur. Bu, 200 filin ümumi çəkisinə bərabərdir. İnşasına 2013-cü ildə başlanan körpünün gələn ilin oktyabrında hazır olması gözlənilir. Körpünün hər mərtəbəsinin üzərindən 6 zolaqlı avtomobil yolu keçəcək. Qeyd edək ki, dünyadakı asma körpülərin təxminən yarısı Yantzı çayının üzərində və ya ətrafındadır. Uxanı isə “Körpülər şəhəri” adlandırmaq olar. Belə ki, Yantzı çayının Uxandan keçən hissəsində 8 müxtəlif təyinatlı körpü var.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












