Əlil avtomobilləri ilə bağlı qanunda dəyişiklik: “Toyota” modelləri də vergidən azad edildi

Türkiyədə əlillik haqqında arayış əldə edərək xüsusi istehlak vergisi (XİV) olmadan avtomobil alanların sayı artıb. Buna görə də əlil avtomobilləri ilə bağlı bəzi yeni qaydaların tətbiqinə ehtiyac yaranıb.
Avtosfer.az xəbər verir ki, Türkiyədə əlil avtomobillərinə tətbiq edilən XİV ilə bağlı qanunda edilən dəyişiklik edilib. Yeni qaydalara əsasən, əlillər üçün nəzərdə tutulan avtomobilləri artıq 5 yox, 10 ildən bir dəyişdirmək mütlqədir.

Belə ki, həm qanun qüvvəyə minənə qədər, həm də qanundan sonrakı dövrdə əldə edilən avtomobillər 10 il ərzində satıla bilməz. Türkiyə hökuməti son illərdə xüsusi istehlak vergisi olmadan avtomobil sahibi olmağa çalışanların sayının artması səbəbilə qanunda tənzimləmələri həyata keçirib. Bu tənzimləmələrlə əlil avtomobilləri ilə bağlı sui-istifadələrin qarşısını almaq üçün yeni tədbirlər görülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə təsdiqlənən qərara əsasən, xüsusi istehlak vergisi olmadan əlil avtomobili almaq istəyənlər ehtiyat hissələrinin azı 40 %-i yerli istehsal payına malik modelləri seçməli olacaqlar.

Əlillərin nəqliyyat vasitələri seçimində istisnalar qrupuna daxil edilən avtomobilləri ölkədaxili töhfə dərəcəsinə, mühərrik silindrinin həcminə, emissiya növünə və dəyərinə görə müəyyən etmək səlahiyyəti Prezidentə veriləcək.
Qeyd edək ki, XİV-dən azad olunan avtomobillərin sayı isə ötən dövrdəkinə nisbətdə azaldılıb. “Toyota Corolla”, “Toyota C-HR”, “Togg T10X”, “Hyundai i10”, “Hyundai i20”, “Hyundai Bayon”, “Fiat Egea Sedan”, “Fiat Egea Cross”, “Fiat Egea Cross Wagon”, “Renault Clio”, “Renault Megane”, “Renault Duster” xüsusi dövlət vergisindən azad edilən avtomobillər siyahısına daxil edilib.
Fidan
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












