Hacıqabulda 10 kəndi birləşdirən 51 km-lik yol yenidən qurulur - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dövlət başçısının tapşırıq və srəncamlarına əsasən respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işləri aparır. Hacıqabul rayonunda bu layihələr çərçivəsində cari ildə magistral, kənd və qəsəbə yollarının yenidənqurulması və bərpası ilə bağlı 3 yol infratsrukturundan 2-də işlərə başlanılıb və yüksək keyfiyyətlə davam etdirilir. Bunlardan biri Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yoludur. Hacıqabul rayonunda bu il reallaşdırılması nəzərdə tutulan yo infrastrukturu layihələri 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108.7 km uzunluğa malikdir. Bu çərçivədə 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Hacıqabul rayonu Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər davam etdirilir.
Əvvəllər torpaq örtükülü olan yolda payız-qış aylarında avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanırdı. Yolun yenindən tikilməsi ilə mövcud problemlər həllini tapmış olacaq. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən yenidən qurulan yolun tkintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa olaraq nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazimi sayda texnika və canlı qüvvə cəlb olunub. Uzunluğu 51,5 km olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Layihəyə uyğun yolun çiyinlərinin eni hər bir istiqamət üzrə eni 2 m və 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 m təşkil edəcək.
Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşası yekunlaşmaq üzrədir. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür. Yol geyiminin əsasının tikintisi işləri isə qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır.
Torpaq işlərinə paralel olaraq hazır olan hissələrə isə 2 qat olmaqla asfalt-beton örtük döşənir. Artıq yolun 30 km-ə yaxın hissəsində asfaltlanma işləri bitib. Ümumilikdə isə 300 min m2 ərazinin asfaltlanması işləri aparılacaq. Asfalt döşənən ərazilərdə çiyin hissələrin bərkidilməsi işləri də görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 paqon-metr müxtəlif diametrli dəmir-beton borular da quraşdırılır.
Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.
Fərid
Bu yol ödənişli olacaq - Nazir qərar İMZALADI
Sürücülərin NƏZƏRİNƏ: Üzeyir Hacıbəyov küçəsində HƏRƏKƏTİN TƏŞKİLİ DƏYİŞDİ - FOTO
Təranə Quliyeva yüksək vəzifəyə TƏYİN OLUNDU
Azərbaycanda taksilərlə bağlı yeni tələblər olacaq
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - Yeni təyinat - FOTO
Ölkəmizdə ən böyük körpü gələn il istifadəyə veriləcək - VİDEO
Sıxlığın qarşısını almaq üçün ÜÇ YENİ avtomobil yolu inşa ediləcək: İSTİQAMƏTLƏR - VİDEO
"Şamaxinka"da sürücülər üçün yenilik: Xüsusi zolaq ləğv edildi - VİDEO
Rəşad Həsənov nazir müavini təyin olundu - FOTO
“Bolt”da təhlükəsizlik daha da güclənir - Təcili yardım çağırmaq mümkün olacaq – VİDEO
Azərbaycanda köhnə maşınları utilizasiya edən yeni məntəqə işə başladı - ÜNVAN
















