Hasil Abbasov ona yüksək VƏZİFƏ VERDİ - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində (DMA) kadr dəyişikliyi olub.
Avtosfer.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elnur Qasımov Agentliyin Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsindən azad edilib.

Digər bir əmrlə o, agentliyin Mərkəzi Monitorinq və Qiymətləndirmə filialına müdir təyin olunub.
H.Abbasovun daha bir əmri ilə Nailə Dövlətova DMA-nın Maliyyə Departamentinin Maliyyə şöbəsinə müdir təyinatı alıb.
Qeyd edək ki, E.Qasımov Daxili Nəzarət və Audit Departamentinin müdiri vəzifəsinə bu ilin yanvarında təyin olunmuşdu. Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əvvəlki müdiri isə Elnur Əliyev olub. O, ötən ay əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












