Hərbçilərin ölümünə görə müdafiə nazirini İSTEFAYA yolladı - QONŞU ÖLKƏDƏ - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan dövlət başçısının Mətbuat xidməti yayıb.
Bu qərar Xəzər dənizində təlim zamanı 14 hərbçinin həlak olmasından sonra verilib.
D.Kosanov 2025-ci ildən Müdafiə Nazirliyinə rəhbərlik edib.
Xatırladaq ki, hadisə sentyabrın 24-də baş verib. Açıq dənizdə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı dalğa 17 nəfəri aparıb. Bu zaman yalnız 3 nəfəri xilas etmək mümkün olub. Ölkənin Müdafiə Nazirliyi hərbçilərin həlak olmasını hava şəraitinin qəfil pisləşməsi ilə izah edib.
İnsidentlə bağlı sentyabrın 25-də Qazaxıstanda matəm elan edilib.
***
Kasım-Jomart Tokayev Aydos Mirzahmetovu Qazaxıstanın yeni müdafiə naziri təyin edib.
O, bundan əvvəl Qazaxıstan Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı olub.
Fotoda: Dauren Kosanov

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












