Banner

Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO

Yeniliklər 30 Oktyabr 2026 08:00
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
WhatsApp kanalımıza abunə olun

Zəngəzur dəhlizinin mühüm tərkib hissəsi hesab olunan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən strateji logistik layihənin 2028-ci ildə tam başa çatdırılması nəzərdə tutulur.

Avtosfer.az xəbər verir ki, ox üzrə ümumi uzunluğu 110,4 kilometr olan dəmir yolu xətti 9 stansiyadan ibarət olacaq. Hazırda tikinti işlərinin təxminən 75 faizi yekunlaşıb.

Layihə çərçivəsində bir sıra mühüm mühəndis qurğuları da inşa edilir. Belə ki, xətt üzərində uzunluğu 771 metr olan körpü Azərbaycanın ən uzun dəmir yolu körpüsü olacaq. Bundan əlavə, tikintisi aparılan 1071 metrlik tunel ölkənin ən uzun dəmir yolu tuneli kimi tarixə düşəcək.

Horadiz–Ağbənd dəmir yolu xəttinin istifadəyə verilməsi regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə, yükdaşımaların səmərəliliyinin artırılmasına və Zəngəzur dəhlizinin fəaliyyətinin təmin olunmasına mühüm töhfə verəcək.

bax.tvhttps://player.bax.tv/embed/228351.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

 

 

Oxunub : 44
ŞƏRH YAZ
Ad

E-mail

Şərh