İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla... - VİDEO

Artıq qaz sayğacında balansı artırmaq üçün vətəndaşların terminal axtarmalarına ehtiyac qalmayacaq. Çünki telefonu sayğaca yaxınlaşdırmaqla balansı artırmaq mümkün olacaq. Bu, "Azəriqaz" İstehsalat Birliyinin yeni gətirdiyi və hazırda sınaq mərhələsində olan sayğaclar sayəsində mümkün olacaq. İnnovativ texnologiyalar ilə təchiz olunmuş yeni qaz sayğacları köhnələrdən bir sıra üstünlükləri ilə fərqlənir. Fransa istehsalı olan yeni sayğaclar vasitəsilə abonentlərin odəniş imkanları daha da asanlaşacaq.
Yeni qaz sayğacları həm də kartla işləyəcək. Ancaq köhnələrdən fərqli olaraq, yeni kartların zədələnmə problemi olmayacaq.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, yeni sayğacların bir neçə aydan sonra real tətbiqinə başlanılacaq. Hazırda sayğaclar sınaq mərhələsindədir. Artıq Bakının müxtəlif rayonlarında 30-a yaxın yerdə test üçün yeni sayğaclar quraşdırılıb və sınaqlardan uğurla keçib. Onun sözlərinə görə, yaxın aylarda 70 sayğacın da sınaq müddəti bitəcək. İkinci sınaq müddəti də bitdikdən sonra yeni sayğacların kütləvi quraşdırılmasına başlanılacaq və bu proses pulsuz həyata keçiriləcək... Bu sayğaclar əvvəlcə yeni abonentlərin mənzillərinə quraşdırılacaq. Sayğacında hər hansı problem olmayan abonent sayğacını dəyişdiməyə məcbur edilməyəcək.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












