“Jurnalistika və İnkişaf Mərkəzi” yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni layihəyə başladı

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” mövzusunda layihənin icrasına başlayır.
Avtosfer.az xəbər verir ki, layihə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, habelə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) ölkəmizdə keçirilməsi ilə əlaqədar yollarda təhlükəsizliyin artırılması məqsədilə həyata keçiriləcək. Layihənin əsas ideyası respublikamızda yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün maarifləndirmə, problemlərin aşkarlanması və həlli istiqamətində tədbirlər görülməsinə töhfə verməkdir.

Layihə çərçivəsində həyata keçirilən fəaliyyət zamanı Bakı və Bakıətrafı qəsəbələrdə dəmiryolu xətləri və dəmiryolu keçidlərinə yaxın ərazilərdə yaşayan sakinlərlə və aidiyyatı dövlət qurumunun nümayəndələri ilə görüş keçirilərək problemlər müəyyənləşdiriləcək və maarifləndirici söhbət aparılacaq.
Paytaxtətrafı qəsəbələrdə dayanacaqların mövcudluğu və yerlərinin əlverişli olub-olmamasının dəqiqləşdirilməsi üçün monitorinqlər aparılacaq. Aidiyyatı dövlət orqanı ilə birgə ən zəruri ehtiyac olan məntəqələrdə avtobus dayanacağı quraşdırılacaq.
Layihənin icrası nəticəsində yol hərəkəti təhlükəsizliyinin təmini və yol hərəkəti iştirakçılarının pozulmuş hüquqlarının qorunması üçün addımlar atılacaq.
Layihənin yekununda piyada təhlükəsizliyinin yüksəldilməsinə yönələn bir sıra konkret təkliflər hazırlanaraq səlahiyyətli dövlət qurumlarına təqdim ediləcək. Yol hərəkəti təhlükəsizliyində piyadaların və sürücülərin, eləcə də küçə və prospektlərdə təhlükəsiz hərəkətin təşkili ilə bağlı təkliflər irəli sürüləcək. Həmin təkliflərin icrası, habelə layihə üzrə maarifləndirici tədbirlər və digər yaşayış məntəqələri yaxınlığında dəmiryolu keçidlərindən istifadə qaydaları mövzusunda məlumatlandırıcı görüşlər təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli töhfə verə bilər.
Səfər
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












