“Keçidlərdə maşınlar altdan, qatarlar isə üstdən keçəcək” - Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, deputat Cavid Qurbanov “Real TV”yə müsahibəsində həm görülən işlər barəsində, həm də yeni ildən tətbiq ediləcək yeniliklərdən danışıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, gələcəkdə dəmir yolu stansiyalarının üzərində məntəqələr düzəldiləcək.
Orada həm avtobus, həm də qatarlar dayanacaq: “Belə qərara gəlmişik ki, bütün keçidlərdə dəyişikliklər olacaq. Maşınlar altdan, qatarlar isə üstdən keçəcək, tunel formasında. Xatırlayırsınızsa, Binədə bu il avtobusla qatar toqquşdu. Bu kimi halların qarşısını almaq üçün bu addım atılacaq. Məsələn, Zabratda stansiyanın ərazisi 15 hektar olacaq. Kəndlərdən avtobuslar həmin məntəqəyə qədər gələcək, daha onlar şəhərə girməyəcəklər. Oradan qatarlardan istifadə olunacaq. Araşdırdıq, qərara gəldik ki, bundan sonra avtobusların interval xəttini 10 km-dən artıq olmasın. Avtobus xətləri ya metro, yaxud qatarlar istiqamətində hərəkət edəcək. Bununla da vaxta qənaət olunacaq”, - deyə Cavid Qurbanov bildirib. Bundan əlavə, Cavid Qurbanov Sumqayıtdan Bakıya gələn qatarların intervalının artırılması ilə bağlı müraciətlər aldığını və bu qatarlardan istifadə edən vətəndaşların sayının çoxaldığını bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












