Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI - Korrupsiya halları...

Azərbaycan Respublikasının fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydalarına dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.
Mövcud qanunvericiliyə görə, işçiyə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda işçi onlardan imtina etməlidir.
Dəyişikliyə əsasən, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər işçiyə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə deyil, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölməyə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər onun işlədiyi fövqəladə hallar orqanına akt üzrə təhvil verilməlidir.
Həmçinin, hazırda qüvvədə olan qərara görə, işçi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Dəyişikliyə əsasən, işçi hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinə yox, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq səlahiyyətli struktur bölmənin rəyini öyrənməlidir./Ajans.az
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək












