Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdiriləcək

Noyabrın 23-dən etibarən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdiriləcək. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Məlumata görə, qeyd edilən gün səhər saatlarından ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilən Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərə xidmət göstərəcək. Sərnişinlərin rahatlığının və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni təşkil edilən mərkəzin ərazisində müvafiq şərait yaradılıb. Mərkəzin ərazisində 6 perron təşkil edilib, hər bir perronun ətrafı xüsusi sədlərlə əhatələnib, dayanacaq pavilyonları və hər bir perron üzrə məlumat lövhələri qoyulub. Axşam saatlarında ərazinin işıqlandırılması məqsədi ilə əlavə avadanlıqlar da quraşdırılıb. Sərnişinlərin “Koroğlu” metrostansiyasından perronlara rahat giriş və çıxışı üçün üç yerdə pilləkənlər təşkil edilib. Məlumat üçün bildiririk ki, Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq. Məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır. Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələr istiqamətində 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.
Fidan

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












