Lökbatan qəsəbəsinin girişində təmir-tikinti işləri aparılır- VİDEO

Qaradağ rayonu Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işlə aparılır. Təmir-tikinti işləri uzunluğu 1 km olan yol boyu aparılır. Yolun hərəkət hissəsinin eni burda ortalama 15 metr təşkil edir. Təmir-tikinti işlərinin aparılmasında məqsəd yolun hərəkət hissəsində yaranmış qabarma və dağılmalardır. Bunu aradan qaldırmaq üçün yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, daha sonra yararsız qrunt 0.8-1 metr dərinlikdə qazılaraq çıxarılır. Yararlı materialdan əks-dolğu aparılaraq kipləşdirilir. Bu məqsədlə tikinti işlərini aparıldığı ərazidə hərəkət müvəqqəti olaraq qısa müddətlik məhdudlaşdırılıb. Sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər. Texnoloji ardıcıllığa uyğun olaraq daha sonra yola 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Təmir-tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılır. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
















