Maşının nömrəsindən çip-i və defisi ləğv edənlərə cərimə yazılacaq? - Ekspert AÇIQLADI - VİDEO

Son günlər dövlət qeydiyyat nişanları ilə bağlı aparılan yeniliklər sürücülər arasında çaşqınlıq yaradıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Yol Polisi tərəfindən verilən yeni tərtibatlı nömrələr cəmiyyətdə müəyyən mənada xaosa səbəb olub. Artıq sosial şəbəkələrdə nömrələrlə bağlı dəyişikliklərdən sonra köhnə nömrələrə görə sürücülərin cərimə olunacağı ilə bağlı şayiələr dolaşır.
Nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial media hesablarında canlı yayım zamanı nömrələrlə bağlı mövzuya aydınlıq gətirib. O bildirib ki, yeni tərtibata əsasən nömrələr çipsiz və rəqəmlərlə hərflər arasında defis işarəsi olmadan veriləcək:

“Baş Dövlət Yol Polisi İdarəsi də məsələyə aydınlıq gətirib. Yəqin ki, çoxları yayılan informasiya ilə tanış olub, amma məlumatdakı cümlələr bir az qəliz olub deyə başa düşülməyib. Nələr dəyişib, qısa şəkildə izah edim. Bundan sonra veriləcək nömrələr, daha doğrusu artıq verilməyə başlayıb, çipsiz və defissiz olacaq. Bu gün sizə yeni bir nömrə verirlər, siz nömrəni alanda görürsüz ki, üstündə çip və defies işarəsi yoxdur. Dünəndən bəzi suallar verilir ki, bizim nömrənin üzərində defies işarəsi var, silmək istəyirik. Mən artıq qeyri-rəsmi məlumatlar da almışam ki, yol polisi deyir ki, nömrədəki defisi silənləri cərimələyəcəyik. Düşünürəm ki, bu da doğru yanaşma deyil, ziddiyyətli məsələdir. Yəni, yeni nömrələr verilir, köhnə nömrələrin üstündə defisi silənlər cərimələnir, bunu düzgün qəbul etmirəm. Amma defisi nömrədən silənləri də başa düşə bilmirəm. Yəni o defis sənə nə problem yaradır ki? Defisdən belə zəhlən gedirsə, nömrəni aç, götür get yol polisinə, təzədən rüsumlarını döəyib yeni defissiz və çipsiz nömrə al, tax maşının üstünə rahat sür. Bunun çıxış yolu budur, başqa variantlara əl atmayın”.
Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:
Səfər
Azərbaycanda yeni agentlik yaradıldı - Prezidentdən FƏRMAN
Bakıda iki ünvanda minib-düşmə yeri yaradıldı - FOTO
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - FOTOLAR
Bu sürücülərin taleyi həkimin əlindədir; mənfi rəy vəsiqədən məhrum edəcək
Gündəlik, aylıq və illik biletlər: Avtobus və metroda yeni ödəniş sistemi - VİDEO
Daha bir ünvanda ödənişsiz minib-düşmə yerləri yaradıldı - FOTO
Bakı-Sumqayıt yolunda nəqliyyat axınını azaldacaq YENİ LAYİHƏ - VİDEO
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR








