Müjdat Həsənov vəzifəyə təyin olundu - FOTO

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində yeni təyinat olub.
Avtosfer.az xəbər verir ki, Müjdat Həsənov Azərbaycan Respublikasının Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyin olunub.
Müjdat Həsənov bu təyinatadək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq münasibətlər və beynəlxalq biznes ixtisasları üzrə bakalavr və magistr təhsili alıb, daha sonra Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2008-ci ildə Elm və Təhsil Nazirliyində başlayan Müjdat Həsənov müxtəlif illərdə beynəlxalq əməkdaşlıq və xaricdə təhsil istiqamətləri üzrə məsul vəzifələrdə çalışıb.
Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavirlər ölkəmizin təhsil imkanlarının xaricdə təşviqi, təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, Azərbaycan vətəndaşlarının xaricdə təhsil hüquqlarının müdafiəsi və bu istiqamətdə əlaqələndirmənin təmin edilməsi məqsədilə fəaliyyət göstərirlər.(Bakıvaxtı.az)

Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir












