Nazir Nigar Kərimovaya vəzifə verdi

Genetik Ehtiyatlar İnstitutunda yeni rəhbər təyinatı olub.
Avtosfer.az xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Bildirilib ki, Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.
Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Nigar Kərimovanı İnstitutun kollektivinə təqdim edib.
Görüş çərçivəsində institutun elmi fəaliyyətinin təkmilləşdirilməsi, elmi tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin inkişafı və əldə olunan elmi nəticələrin praktik tətbiqi məsələlərinə toxunulub. İnstitutun gələcək fəaliyyət istiqamətləri və qarşıda duran əsas vəzifələr diqqətə çatdırılıb. Nigar Kərimova 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015-2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb. 2023-cü ildə "Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası" mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2016-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyətlə məşğul olub, həmçinin Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. 2019-2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib, 2024-2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












