Nazirin yeni rütbədə İLK FOTOsu

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Süleyman Neymətovun polis general-leytenantı rütbəsində ilk fotoşəkli təqdim olunub.
Avtosfer.az xəbər verir ki, Süleyman Neymətovun polis general-leytenantı rütbəsində yeni fotoşəkli onun DİN-in rəsmi internet səhifəsindəki tərcümeyi-halına əlavə edilib.
Süleyman Neymətovun polis general-leytenantı rütbəsinə layiq görüldüyü haqda məlumat ilk dəfə iyulun 2-də sosial şəbəkələrin Azərbaycan seqmentində yayılıb, iyulun 3-də xəbər ölkənin onlayn mediasında da işıq üzü görüb. Həmin xəbərlərdə Süleyman Neymətova polis general-leytenantı rütbəsinin Prezident İlham Əliyevin 2 iyul Azərbaycan Polisi Günü ərəfəsində imzaladığı sərəncamla verildiyi bildirilib. Lakin ölkə mediasında bu haqda rəsmi sərəncam dərc edilməyib.
Ökədə zabitlərə ali xüsusi rütbələrin verilməsi haqda bəzi sərəncamlar rəsmi mətbuatda dərc olunmaya da bilər.
Neymətov Süleyman Əsgər oğlu 1972-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub.
1991-1993-cü illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2000-ci ildə DİN-in Polis Akademiyasını bitirib.
1993-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1993-1994-cü illərdə Naxçıvan şəhər polis şöbəsinin polis nəfəri, 1994-2005-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin polis nəfəri, bölmə komandiri, taqım komandiri, bölük komandirinin müavini, baş inspektor, 2005-2013-cü illərdə Nəsimi rayon polis idarəsinin bölük komandiri, rəis müavini, 2013-2016-cı illərdə Sumqayıt şəhər polis idarəsinin rəis müavini, 2016-2020-ci illərdə Quba rayon polis şöbəsinin rəisi, 2020-2022-ci illərdə Suraxanı rayon polis idarəsinin rəisi vəzifələrində xidmət edib.
2022-ci il dekabrın 28-dən Naxçıvan Muxtar Respublikasının daxili işlər naziridir.
Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidentinin sərəncamları ilə 2002-ci ildə “İgidliyə görə”, 2020-ci ildə “Vətən uğrunda” medalları ilə təltif edilib.
Ailəlidir, üç övladı var. (Medianews.az)
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












