Onlara yüksək vəzifələr verildi - FOTO

Azərbaycan Respublikası Milli Depozit Mərkəzində (MDM) kadr təyinatları olub.
Avtosfer.az xəbər verir ki, Məmmədyar Novruzov İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri, Tərlan Məmmədov Korporativ idarəetmə departamentinin direktoru, Zülfüqar Qayıbov isə Satınalma və İnzibati İdarəetmə departamentinin direktoru vəzifəsinə təyin olunublar.
İnformasiya təhlükəsizliyi şöbəsinin müdiri təyin olunan Məmmədyar Novruzov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildən Azərbaycan Mərkəzi Bankında Təhlükəsizlik Departamentinin İnformasiya Təhlükəsizliyi şöbəsində müxtəlif məsul vəzifələrdə, 2009–2016-cı illərdə Maliyyə Monitorinqi Xidmətində İnformasiya Texnologiyaları departamentinin direktoru vəzifəsində çalışıb.
2016–2020-ci illərdə Mərkəzi Bankda Elektron İmza və Sertifikatlaşdırma şöbəsində böyük sistem inzibatçısı, daha sonra isə şöbə müdiri vəzifələrində işləyib. 2020-ci ilin sentyabr ayından yeni təyinata qədər Milli Depozit Mərkəzində İnformasiya Texnologiyaları departamentinin direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Məmmədyar Novruzov
Korporativ idarəetmə departamentinin direktoru təyin olunan Tərlan Məmmədov 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildən peşəkar fəaliyyətə başlayıb, “Azərdəmiryolbank” Səhmdar bankında mütəxəssis, bölmə rəhbəri və şöbə müdiri vəzifələrində işləyib.
2014-2019-cu illərdə Bakı Avropa oyunlarında bölmə meneceri, Azərbaycan İslam Həmrəyliyi oyunlarında baş menecer və Avropa Gənclər Olimpiya Festivalında departament direktoru vəzifələrini tutub. 2019-2020-ci illərdə Lumun Holding-də layihə meneceri, 2021-ci ilin oktyabr ayından Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində mərkəzin rəhbəri, 2023-cü ilin fevral ayından 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsini tutub. 2023-2026-cı illərdə "Kapital Bank" ASC-də Risk analitiki və Məhsul sahibi vəzifələrində çalışıb.

Tərlan Məmmədov
Satınalma və İnzibati İdarəetmə departamentinin direktoru təyin olunan Zülfüqar Qayıbov isə 1982-ci ildə Bakı şəhərində anadan olub.
2006-2021-ci illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında əmək fəaliyyətini davam etdirib. 2023-cü ilin noyabr ayından 2024-cü ilin fevral ayınadək Milli Depozit Mərkəzinin (MDM) İnzibati şöbəsinin müdiri vəzifəsində çalışıb. 2024-cü ilin fevral ayından yeni təyinatadək MDM-in İnzibatçılıq Departamentinin direktoru vəzifəsində işləyib./yurd.media/

Zülfüqar Qayıbov
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO













