Orxan Məmmədliyə nazirlikdə YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO

Energetika Nazirliyində təyinat olub.
Avtosfer.az Valyuta.az-a istinadla xəbər verir ki, Orxan Məmmədli İqtisadi sahələr və məişət üzrə enerji səmərəliliyi şöbəsinin müdiri təyin edilib.
O.Məmmədli bundan əvvəl 2023-cü ildən Azərbaycan Respublikasının Energetika Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb. Həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 2018-2019-cu illərdə qazpaylayıcı stansiyanın operatoru, 2019-2022-ci illərdə isə Qaz İxrac İdarəsində energetik kimi fəaliyyət göstərib.
Qeyd edək ki, o, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektroenergetika mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2019-2021-ci illərdə "Geneva Business School"da neft və qazın idarə edilməsi ixtisası üzrə Biznesin İdarəedilməsi Magistri (MBA) dərəcəsi alıb. Həmin illərdə paralel olaraq Bakı Ali Neft Məktəbində Biznesin idarə edilməsi (ümumi) ixtisası üzrə magistr təhsili alıb.

Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












