Prezident yeni Fərman imzaladı

"Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Baş naziri, Baş nazirinin müavinləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin nazirliklərinin və ya eyni statuslu dövlət orqanları rəhbərlərinin müavinləri və ya daha yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycan Respublikasına, habelə rəhbəri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəhbərləri və ya onların müavinləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin xarici dövlətlərə və xarici dövlətlərin eyni statuslu vəzifəli şəxsləri tərəfindən rəhbərlik edilən nümayəndə heyətinin Azərbaycan Respublikasına edəcəyi səfərlər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılır, səfərlərin nəticələrinə dair hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Həmçinin səfərin proqramı (səfər üzrə hər bir tədbirin adı, məzmunu, iştirakçıları, yeri, tarixi) və əhəmiyyəti, tədbirdə əyani iştirakın zəruriliyi, ezamiyyə xərcləri və digər xərclər, maliyyələşmə mənbəyi, səfərdən gözlənilən nəticələr (effektivliyə dair proqnoz), nümayəndə heyətinin rəhbəri, digər üzvləri və onların iştirakının zəruriliyi barədə məlumat səfərin başlanmasına ən geci on beş iş günü qalmış təqdim edilir. Məlumatı bu müddət ərzində üzrlü səbəblərə görə təqdim etmək mümkün olmadıqda, həmin məlumat üzrlü səbəblər əsaslandırılmaqla daha qısa müddətdə təqdim edilir.
Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətinin tərkibinə iki və daha artıq dövlət orqanının (qurumunun) nümayəndələri daxil olduqda məlumatlar və nümayəndə heyətinin rəhbərinə dair təklif həmin dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla təqdim edilir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












