Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim etdi

Dövlət Statistika Komitəsinin sədri təyin edilən Azər Mursaqulov kollektivə təqdim edib.
Avtosfer.az xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov edib.
Təqdimat zamanı çıxış edən Xalid Əhədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, statistika sahəsinin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.
Dövlət Statistika Komitəsinin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayan Xalid Əhədov, dünyada baş verən proseslərin, rəqəmsallaşmanın ölkənin sosial-iqtisadi və digər sahələrinə təsiri fonunda dövlət qurumlarının, eyni zamanda Komitənin də qarşısında duran yeni vəzifələrdən bəhs edib. Xalid Əhədov bu vəzifələrin uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.
Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulov çıxışında ona göstərilən etimada görə Prezident İlham Əliyevə öz təşəkkürü bildirib. O qeyd edib ki, Komitə qarşısında qoyulan hədəflərin layiqincə icrası, innovativ yanaşmaların tətbiqi, data əsaslı qərarların qəbulu üçün statistika sahəsinin davamlı inkişafı və ölkənin sosial-iqtisadi tərəqqisinə töhfə verəcək islahatların ardıcıl şəkildə həyata keçirilməsi istiqamətində qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bilik, təcrübə və səylərini səfərbər edərək əzmlə çalışacaqlar.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












