Prezidentin yüksək vəzifə verdiyi xanım KİMDİR? -SƏRƏNCAM

Bu gün Prezident İlham Əliyevin sərəncamı Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Avtosfer.az xəbər verir ki, Nərminə Mustafayeva Naxçıvan şəhərində anadan olub.
O, əvvəllər jurnalist kimifəaliyyət göstərib, 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub.
Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Administrasiyasının Protokol xidmətində işləyib.
Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.
O, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsini tutub.
Nərminə Mustafayeva bakalavr təhsilini Azərbaycan Dövlət Dillər Universitetində alıb. Eyni zamanda, ABŞ-ın Virciniya ştatındakı Old Dominion Universitetində Beynəlxalq biliklər üzrə magistr dərəcəsi əldə edib.Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.
Evlidir, üç övladı var.
İngilis, rus və türk dillərini bilir./yenisabah
***
Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva təyin olunub.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












