Qalmaqala səbəb olan məsələ qanundan çıxarıldı

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dəyişikliyə görə, 34-cü maddənin II hissəsinin I bəndinə “motosikletləri,” sözündən sonra “kvadrisiklləri, trisiklləri,” sözləri əlavə edilib. Bundan əvvəl, maddə motosikletləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün şəklində qeyd edilmişdi.
Həmin maddənin III bəndi sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş aşağıdakı məlumatlar göstərilir. (Növündən asılı olmayaraq hər bir sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı — “AZ” və rəqəmlərlə nömrələnmişaşağıdakı məlumatlar göstərilir)
VI bənddə sürücülük vəsiqəsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Permis de conduire”), bu maddənin üçüncü hissəsinin 1-ci—11-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar. (Sürücülük vəsiqəsindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunur).
37-ci maddənin V hissənin II bəndində “nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək,” sözləri çıxarılıb. (nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək).
Xatırladaq ki, 37- ci maddənin V hissəsinin II bəndindən çıxarılan “nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək” məsələsi bir müddət bundan əvvəl mediada ciddi qalmaqala səbəb olmuşdu. Yol polisinin söhbət edən sürücünü necə müəyyənləşdirəcəyi müzakirə predmetinə çevrilmişdi. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov jurnalistlərə bildirmişdi ki, sərxoş və təhlükəsizlik kəməri vurmayan sürücüləri yol polisi necə müəyyən edirsə, sükan arxasında söhbət edənləri də elə müəyyən edəcək. Qeyd edək ki, diqqəti yayındıracaq söhbətə görə 40 manat cərimə müəyyən edilmişdi.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












