Qarabağ Universitetində yeni TƏYİNAT - FOTO

Qarabağ Universitetində yeni dekan təyin olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Ekseter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2012-2016-cı illərdə Böyük Britaniyanın Esseks Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb.
K.Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə malikdir. Belə ki, o, 2015-2022-ci illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2022-ci ildən etibarən isə dünyanın nüfuzlu universitetlərindən sayılan Southampton Universitetində dosent vəzifəsində fəaliyyətini davam etdirib. Mühasibat uçotu və biznes sahəsində beynəlxalq nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələrin müəllifidir.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












