Qarabağ Universitetinin müəllimi hakim təyin EDİLDİ

Qarabağ Universitetinin müəllimi Nuranə Asif qızı Məmmədova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1999-cu il avqustun 22-də Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb.
O, 2020-ci ildə Bakı Dövlət Universitetinin bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib.
Hər iki pillədə ingilis dilində təhsil alıb. Əmək fəaliyyəti dövründə müxtəlif hüquq sahələrində çalışıb, Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi, həmçinin vəkil kimi fəaliyyət göstərib.
2024-cü ildən Qarabağ Universitetində pedaqoji fəaliyyətə başlayan Nuranə Məmmədova universitetin Humanitar və sosial elmlər fakültəsində müəllim vəzifəsində çalışıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












