Qarabağda da onlayn yemək sifariş edə bilcəksiniz – “Bolt Food” indi XANKƏDNİ və BƏRDƏDƏ - FOTO

İşğaldan azad olunan ərazilərdə yeni yaradılan infrastruktur bu bölgəyə diqqəti artırmaqda davam edir. Artıq Qarabağda yaşayanların sayı hər ötən gün artır. Bu da qeyd edilən ərazilərdə yeniliklərin tətbiqinə münbit şərait yaradır.
Bolt” şirkəti işğaldan azad edilən ərazilərdə də artıq xidmətə başlayır. Şirkətdən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, “Bolt Food” tətbiqi vasitəsilə Bərdə və Xankəndi sakinləri və şəhərin qonaqları indi iyirmiyə yaxın restoranlardan sifariş edə bilərlər. Kuryer tərəfdaşlarımız hər gün saat 08:00-dan 12:00-dək xidmət göstərəcək.
“Hazırda Xankəndidə məşhur restoranlar arasında “Deluxe, “Chef Mood”, “Cənnət İstisu”, “Freshmeat” və “Osmanlı” kimi tərəfdaşlarımızdan sifariş etmək mümkündür.
Bununla, “Bolt Food” artıq 7 şəhərdə fəaliyyət göstərir: Bakı, Sumqayıt, Gəncə, Xırdalan, Naxçıvan və indi də Xankəndi ilə Bərdə”.
“Bolt Food” Azərbaycan üzrə Baş menecer, Dilarə Tomtiyeva deyib ki, şirkət üçün Xankəndidə xidmətə başlamaq xüsusi önəm daşıyır:
“Bu gözəl şəhər yenidən həyatla dolur və biz sakinlərə gündəlik rahatlıq gətirən xidmətlər təqdim edə bilməkdən qürur duyuruq. “Bolt Food” olaraq, hər yeni şəhərdə insanların həyatına kiçik, amma vacib rahatlıqlar qatmaq ən böyük sevincimizdir."
Xidmətin genişləndirilməsi həm yerli sakinlər, həm də qonaqlar üçün qida və malların sifarişində rahatlıq və keyfiyyət, eyni zamanda isə qeyd olunan şəhərlərdə yeni iş imkanlarının yaranması deməkdir. Bu şəhərlərdə kuryer kimi fəaliyyət göstərmək istəyənlər Bərdə və Xankəndidəki “Bolt” ofislərinə müraciət edə və ya sadəcə bu link (https://dcp.bolt.eu/courier/signup) vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Hazırda “Bolt Food” istifadəçiləri bu şəhərlərdə menyunun 30%-dək endirim və pulsuz çatdırılma fürsətlərindən yararlana bilərlər. Yaxın zamanda isə bölgələrdə pərakəndə satış tərəfdaşlarımızın sayını artırmağı planlaşdırırıq”.
Səfər
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












