Rusiyada təyyarələrlə bağlı yeni qadağa – RİSK VƏ XƏRCLƏR ARTDI

Rosaviasiya Moskva üzərində təyyarələrin maksimal uçuş hündürlüyünü 8550 metrdən 4900 metrə endirib. İndiyədək təyyarələr bu ərazidə 8000-8500 metr yüksəklikdə uçurdu.
Avtosfer.az “Kommersant”a istinadla xəbər verir ki, qərar Ukrayna dronlarının hücumu fonunda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə verilib və bütün mülki hava gəmilərinə şamil edilir. Məhdudiyyət Moskva dispetçer qovşağı rayonunu əhatə edir. Zonaya Şeremetyevo, Domodedovo və Vnukovo kimi böyük aeroportlar daxildir.
Ekspert Andrey Litvinovun fikrincə, yüksəkliyin azaldılması fövqəladə hallarda təyyarələrin yaxın hava limanına mümkün qədər tez enməsinə imkan verir. Bununla belə, alçaqdan uçuş quşlarla toqquşma riskini artırır. Qartal və bəzi başqa quşlar 2000 metr və daha yüksəyə qalxa bilir. Bundan başqa, alçaq uçuş zamanı havanın müqaviməti artdığı üçün yanacaq sərfiyyatı da yüksəlir ki, bu da aviaşirkətlər üçün əlavə xərcdir.
Paralel olaraq Moskvanın hava məkanından tranzit uçuşlar da qadağan edilib. Moskvadan yan keçmək üçün təyyarələr təxminən 30 dəqiqə artıq havada olmalıdır. Bu da əlavə yanacaq sərfiyyatı deməkdir.
Qərar Rusiya Müdafiə Nazirliyinin vəsatəti ilə qəbul edilib və formal olaraq avqustun 26-dək qüvvədə olacaq. Bununla belə, ekspertlər qərarın Ukrayna müharibəsi bitənədək qüvvədə qalacağı qənaətindədirlər.
Vüqar
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












