Sabahdan bu vaqonlar xəttə buraxılır

Bakı metrosunun yeni qatarı sabahdan etibarən xəttə buraxılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlama verib.
O bildirib ki, qatarın Rusiyadan gələn mütəxəssis heyəti ilə bərabər yerli mütəxəssislər tərəfindən fəaliyyətə hazırlanması prosesi başa çatıb. Avadanlıqlar quraşdırılıb, sazlanma işləri aparılıb. Artıq sabahdan etibarən qatar xəttə buraxılacaq.
N.Paşayevin sözlərinə görə, qatarların hər biri 5 vaqondan ibarətdir. Bu vaqonlar 4-cü nəsil vaqonlar adlanır və 2015-ci ildə alınan yeni vaqonlardan bir çox üstünlükləri ilə fərqlənir. Yeni qatarların istismar müddəti təxminən 31 ildir. Yeni qatarların hər bir vaqonunda 16 USB portu var. Vətəndaşlar portlar vasitəsilə telefon və planşetlərini enerji ilə təmin edə biləcəklər.
Xatırladaq ki, "Bakı Metropoliteni” QSC Rusiyanın "Metrovaqonmaş” ASC şirkəti ilə 2 yeni qatarın alınmasına dair müqavilə imzalayıb. yeni qatarların alınması ilə bağlı müqaviləni "Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və "Metrovaqonmaş” şirkətinin baş direktoru Boris Boqatıryev imzalayıb. Artıq ilk qatar Azərbaycandadır. Digər qatarın da gələn ayın sonuna kimi gətirilməsi planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












