Sabiq icra başçısına yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinə əvvəllər rəhbərlik etmiş şəxs yeni vəzifəyə gətirilib.
Avtosfer.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsinin (PHŞ) nəzdində "Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Yeni yaradılan MMC-nin rəisi vəzifəsini müvəqqəti icra etmək Elçin Məmməd oğlu Hüseynəliyevə həvalə olunub.
Sözügedən təyinatla bağlı "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" PHŞ-nin İdarə Heyəti sədrinin səlahiyyətlərini müvəqqəti yerinə yetirən Nihad Qurbanov tərəfindən müvafiq əmr imzalanıb.
Xatırladaq ki, E.Hüseynəliyev 2005-ci ildən 2016-cı ilə qədər Babək Rayon İcra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. Bundan əlavə, o, uzun müddət Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində İdarə Heyəti sədrinin köməkçisi qismində çalışıb.
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












