Sahilləri birləşdirən “Dostlug” - FOTOLAR

Prezident Sərdar Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana etdiyi dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana “Dostlug” neft tankeri hədiyyə edib. Bu hadisə Xəzər dənizi sahillərində qonşuluqda yaşayan türkmən və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən dostluğun bu gün dövlətlərarası səviyyədə yeni məzmun kəsb etdiyinin növbəti rəmzi olub. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə Türkmənistan mediasında dərc olunmuş məqalədə bildirilir.
“Bakı Gəmiqayırma zavodunda inşa edilmiş yeni yük gəmisi dərhal ilk səfərinə çıxaraq Türkmənbaşı Beynəlxalq Dəniz Limanına gəlib və burada onun təntənəli qarşılanma mərasimi keçirilib. Türkmənistan sahilində yerləşən müasir limanda lövbər salan tankeri şəhər administrasiyasının nümayəndələri, fəxri ağsaqqallar, dəniz limanının mütəxəssisləri, dənizçilik ixtisası üzrə təhsil alan gənclər və çoxsaylı şəhər sakinləri qarşılayıblar. Tankerin qarşılanması münasibətilə keçirilən təntənəli mərasimin proqramında mədəniyyət və incəsənət xadimlərinin musiqili çıxışları mühüm yer tutub.
Dəniz donanmasına daxil edilən və sarsılmaz türkmən–Azərbaycan dostluğu və qardaşlığının rəmzinə çevrilən “Dostlug” neft tankeri ölkəmizin dəniz ticarət donanmasının imkanlarını da genişləndirəcək. Gəminin uzunluğu 141, eni 16,9 metr, yükdaşıma qabiliyyəti isə 8 min tondur. Tanker Xəzər dənizi vasitəsilə karbohidrogenlərin daşınma həcminin artırılmasına xidmət edəcək. Bu isə öz növbəsində iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin artmasına töhfə verəcək.
Tanker müasir gəmiçilik və dənizdə təhlükəsizlik sahəsində irəli sürülən tələblər nəzərə alınmaqla inşa edilib. Gəminin hərəkətinə və naviqasiyasına nəzarət qabaqcıl texnologiyalar vasitəsilə həyata keçirilir.
Mərasim iştirakçıları müasir gəminin texniki imkanları ilə tanış olub, ona türkmən və Azərbaycan xalqlarının firavanlığına və rifahına, iqtisadi-ticari əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməsini, dost və qardaş Xəzərin sularında uğurlu səfərlər və xoş yol arzulayıblar”, – deyə məqalədə bildirilir.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI





















