"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO

Paytaxtın “Şamaxinka” adlanan ərazisində nəqliyyat və şəhər mühiti ilə bağlı alternativ yanaşma təklif olunub.
Avtosfer.az xəbər verir ki, “İnsan Yönümlü Şəhərlər” adlı platformada yayımlanan videoda qeyd olunur ki, sözügedən ərazidə problemi yalnız işıqforların sayı və ya yol hərəkətinin tənzimlənməsi ilə həll etmək mümkün deyil. Müəllif hesab edirlər ki, burada bütövlükdə şəhər mühitinin yenidən təşkili zəruridir. Süni intellektlı təşkil edilən görüntülərdə ərazinin yeni versiyası daha gözoxşayan hala gəlib.
Videoda vurğulanır ki, ərazidə eynisəviyyəli piyada keçidlərinin yaradılması, velosiped zolaqlarının təşkili, səkilərin genişləndirilməsi və piyadalar üçün daha rahat hərəkət imkanlarının təmin edilməsi vacibdir. Bununla yanaşı, kiçik ictimai məkanların formalaşdırılması və düzgün işıqlandırma sisteminin qurulması da şəhər mühitinin keyfiyyətini artıran əsas amillər kimi göstərilir.
Müəlliflərin fikrincə, daha rahat və əlçatan ictimai məkanların yaradılması uzunmüddətli perspektivdə avtomobil asılılığını azalda bilər. Bu isə öz növbəsində nəqliyyat sıxlığının və tıxacların qismən azalmasına müsbət təsir göstərə bilər.
Şəhərsalma üzrə mütəxəssislər də bildirirlər ki, müasir urbanistika yanaşmalarında əsas prioritet nəqliyyat vasitələri deyil, insan rahatlığı və təhlükəsizliyidir. Bu baxımdan “Şamaxinka” kimi intensiv hərəkət olan ərazilərdə kompleks yanaşmanın tətbiqi daha effektiv nəticə verə bilər.
Eltac Zülfüqaroğlu
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR












