Sərnişinlərə ŞAD XƏBƏR: İşiniz asanlaşır

XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar - “Bakutel-2018” sərgisi çərçivəsində NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən daşımaların dövlət tənzimlənməsi sahəsində görülən işlər və reallaşdırılacaq layihələr haqqında qısa məlumat verilib. Bu barədə Avtosfer.Az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə iqtisadiyyatında sərnişin və yük daşımaları üzrə ən böyük pay avtomobil nəqliyyatına məxsusdur. 2018-ci ilin yanvar-oktyabr ayları üzrə statistik göstəricilərə əsasən ölkə üzrə boru nəqliyyatı da daxil olmaqla nəqliyyat növləri ilə daşınan yüklərin təxminən 65%-i, daşınan sərnişinlərin isə təxminən 88%-i avtomobil nəqliyyatının payına düşmüşdür. Bu sahənin ölkə iqtisadiyyatındakı xüsusi çəkisini nəzərə alaraq DANX 3 istiqamətdə fəaliyyət prespektivlərini açıqladı:
1. yükdaşımaları sahəsində elektron əmtəə-nəqliyyat qaiməsi sisteminin işlənib hazırlanması,
2. avtobusla müntəzəm sərnişin daşımalarında elektron bilet sisteminin reallaşdırılması,
3. taksi əməliyyatları platformasının yaradılması.
Əsas 3 istiqaməti özündə birləşdirən vahid hədəf daşıyıcıların öz peşələrinə olan məsuliyyətini artırmağa nail olmaqdır. Elektron əmtəə-nəqliyyat qaiməsi yük daşımalarında daşıyıcını, yükgöndərəni və yükalanı elektron məkanda əlaqələndirməklə onlar arasındakı münasibətlərin səmərəliliyini artıracaq. Avtobusla müntəzəm sərnişin daşımalarında tətbiq olunacaq elektron bilet sistemi sərnişinlərin rahatlığını təmin etməklə yanaşı ölkədə nağdsız ödəniş dövriyyəsinin artırmasına da müsbət töhfə verəcək.
Son illərdə müasir informasiya texnologiyalarının taksi sahəsində geniş tətbiqi yeni situasiya yaratdığından Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeli qurumu olan “Bakı Taksi Xidməti” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə müvafiq proqram təminatı hazırlanıb və tezliklə istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsi çərçivəsində taksi daşımalarının qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi, bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulub.
Tətbiq ediləcək yeniliklər sayəsində avtomobil nəqliyyatı sahəsində nəzarət və idarəetmə tədbirlərinin müasir rəqəmsal üsullarla həyata keçirilməsinə nail olunacaq.
Emin
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












