“Sovetski”nin yerində park-körpü salınır - FOTOLAR

Bakının “Sovetski” kimi tanınan ərazisinin söküntüsü başa çatdıqdan sonra ərazidə avtomobil yollarının tikintisi həyata keçirildi. Daha sonra ərazidə böyük sahədə yaşıllaşdırma və abadlıq işləri, yəni parkın salınması işlərinə başlanıldı.
"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AzVision.az-a bildirib ki, "Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi" və "Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri" layihəsinin II mərhələsi çərçivəsində yerüstü park-körpü inşa edilir.
"Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr - Park, həmçinin, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub. Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır", - qurum rəsmisi deyib.
-1523877413.jpg)
-7619387070.jpg)
-9143264484.jpg)
-1523877482.jpg)

Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












