Sumqayıt və Qazax kolleclərində yeni təyinatlar olub - FOTO

Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini, Turanə Məmmədova isə Qazax Dövlət Sosial-İqtisadi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Zülfiyyə Hüseynova bakalavriat, magistratura və doktorantura təhsilini Azərbaycan Milli Konservatoriyasında "Musiqişünaslıq" ixtisası üzrə alıb. O, müxtəlif illərdə Şuşa Musiqi Kollecində müəllim, Azərbaycan Milli Konservatoriyasında isə müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Elmi-pedaqoji fəaliyyəti çərçivəsində respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib, bir sıra elmi məqalələri nəşr olunub.
Turanə Məmmədova bakalavr təhsilini "Tarix və ictimaiyyət", magistratura təhsilini isə "Təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə alıb. Hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili və metodikası" ixtisası üzrə təhsilini davam etdirir. O, son təyinatadək Şəmkir Rayon İcra Hakimiyyətində məsləhətçi vəzifəsində çalışıb.

Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA












