Süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək - Bakı küçələrində

Son vaxtlarda sosial şəbəkələrdə və ölkə KİV-lərində Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir. KİV-lər tərəfindən verilən məlumata görə, yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun 12-də baş verib. Avtosfer.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir. Prezident İlham Əliyevin göstərişi ilə meriya tərəfindən xüsusi proqram hazırlanır və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər. Bildirilir ki, iş prosesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və qəbuledilməzdir. Bundan əlavə, sürücülər tərəfindən sürət həddinin aşılması da qeyd olunur. Körpülərdə, bəzi küçələrdə müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri 80-100 km/saat sürətlə hərəkət edirlər. Bu kompleks problemdir, ölkə və şəhər rəhbərliyi artıq onun həlli üzərində çalışır.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










