Sürücülərin nəzərinə! Dayanma-durma qaydasını pozanları kamera çəkir - FOTO + VİDEO

Artıq yollarda dayanma durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilərək qeydə alınır. Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır və məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır. Əsas məqsəd vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaf xidmətin göstərilməsidir. Qeyd edilən prinsiplərə nail olmaq üçün parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Prosesin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. Yeni texniki vasitələrin qurulması ilə yanaşı mövcud potensialdan da istifadə edilir. Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha təkmilləşdirilib. Sistem vasitəsi ilə yollara nəzarət gücləndirilib. Hazırda həmin kameralar vasitəsi ilə yollarda dayanma durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir. İnzibati xəta törədən sürücülər barədə müvafiq tədbirlərin görülməsi üçün məlumatlar müvafiq bazada toplanılır. Artıq paytaxtın əksər küçə və prospektlərində xüsusəndə hərəkətin intensiv olduğu eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda Qanunsuz Parklanmaya Nəzarət Kameraları fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimdə fasiləsiz olaraq həyata keçirilir. Bunu nəzərə alaraq bir daha sürücülərə parklama zamanı daha diqqətli olmağı, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmağı tövsiyə edirik.
Namiq






Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












